Gürcüstanın sabiq müdafiə naziri, David Kezeraşvili beş il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.
Sabiq nazir Müdafiə Nazirliyi ilə bağlı bir layihə çərçivəsində 5 milyon 60 min avro məbləğində vəsaiti mənimsəməkdə ittiham olunub.
Qeyd edək ki, D.Kezeraşvili 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri vəzifəsini tutub.
Bizim.Media