Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması tərəfindən paytaxt Kabildəki etirazları işıqlandıran jurnalistlər saxlanılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Jurnalistlər Dərnəyi məlumat yayıb.
Bildirilib ki, yerli və xarici jurnalistlər daxil olmaqla, ümumilikdə 4 jurnalist saxlanılıb. Xatırladaq ki, Taliban Əfqanıstanda hakimiyyətə gəldikdən sonra fikir azadlığına icazə veriləcəyini bəyan etmişdi.
Bizim.Media