Rusiyanın inkişaf etdirdiyi “Qrom” zərbə PUA-larının istifadə etdiyi raketlərin çeşidi artırılır.
Bizim.Media xəbər verir ki, Rusiyanın Taktiki Raket Şirkəti (KTRV) PUA sistemləri üçün iki fərqli 100 kq-lıq döyüş sursatı təqdim edib.
KTRV şirkəti sərgilənən döyüş sursatı haqqında bəzi detallı məlumatları açıqlamasa da, nümayiş olunan 2 sursatdan biri, əvvəlki forumda təqdim olunan “Produkt 85” sursatı idi.“Janes”in verdiyi məlumata görə, “Produkt 85” döyüş sursatı bir növ “hava-yer” raketidir.
Raket 30 kq ağırlığında yüksək partlayıcı başlığa malikdir. Raketin uzunluğu 2400 mm, diametri 200 mm və ümumi çəkisi 120 kq-dır. “Produkt 85” müxtəlif uçuş mərhələlərində peyk naviqasiyası ilə idarə oluna bilinir.
Bizim.Media