Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil özündən 40 yaş kiçik sevgilisi ilə görüntülənib.
Bizim.Media “Haber Global”a istinadən xəbər verir ki, uzun zaman müalicə alan Erbil üç il sonra Belarusda səhnəyə çıxıb.
Onun son zamanlar tez-tez Belarusa getmə səbəbi də məlum olub. 64 yaşlı məşhur orada 24 yaşlı türkmənistanlı Kristina adlı xanımla eşq yaşayırmış.
Cütlüyün səmimi fotoları sosial mediada gündəm olub.
Bizim.Media