Çin hökuməti dünya ölkələrinə koronavirusa qarşı bir milyard doza vaksin göndərib.
Bizim.Media xəbər verir ki, bunu TASS agentliyi ölkənin Səhiyyyə və Gigiyena üzrə Dövlət Komitəsinin sədri Çjen Çjunveyə istinadən yayıb.
Onun sözlərinə görə, Çin ilin sonunadək digər ölkələrə tədarük olunan vaksin həcmini iki milyard dozaya çatdırmağı planlaşdırır.
Komitə sədri qeyd edib ki, təkcə bu il Çində toplam 5 milyard doza müxtəlif markalı COVID peyvəndləri istehsal olunub.
Bizim.Media