Rusiyada 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhsil nazirinin birinci müavini Aleksandr Buqayev bildirib.
Nazir müavini bildirib ki, heç kim uşaqları heç nə etməyə məcbur etməyəcək:
"Bunu məsuliyyətlə sizə bildiririk. Və təbii ki, bu məsələ hətta gündəmdə deyil".
O əlavə edib ki, peyvənd olunmayanların dərsə buraxılmamasından da söhbət getmir.
Bizim.Media