"Perseverance" kosmik aparatı öz missiyası çərçivəsində Mars planetinin səthindən ilk süxur nümunəsi götürüb.
Bizim.Media xəbər verir ki, "Perseverance" mars aparatından alınan məlumatlara əsasən, mütəxəssislər Mars torpağından nümunə götürməyə uğurla nail olublar. Yerə göndərilmiş fotoşəkildə zədələnməmiş süxur nümunəsinin rezervuarda olduğunu görmək mümkündür.
Avqustun 5-də "Perseverance" planet torpağından nümunə götürməyə cəhd etmişdi. Lakin bu cəhd uğursuz olmuşdu.
Gələcəkdə Mars aparatının topladığı nümunələrin NASA və Avropa Kosmik Agentliyinin birgə missiyası çərçivəsində Yerə çatdırılacağı gözlənilir.
Bizim.Media