Dünyada COVİD-19 infeksiyasına yoluxanların sayı 60 milyon 720 min 993 nəfərə çatıb.
Bizim.Media "Worldometers"ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 426 min 841 nəfərdir. İndiyədək 42 milyon 32 min 104 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.
Bizim.Media