Tül libasda babasının cənazəsinə qatılan qadın gündəm olub.
Sosial media bu görüntülərlə çalxalanıb.
Onun postu insanların qəzəbinə tuş gəlib. Paylaşıma “Cənazəyə bu formada qatılarlar, heç olmasa ölüyə hörmət qoy” kimi aqresssiv rəylər yazılıb.
Hansı ölkədə baş verdiyi və kimliyi məlum olmayan qadın sərt reaksiyalara qarşı susub. Lakin gənc qadın bu davranışını haqlı hesab edib.
"Bu gün babamın cənazəsi var. Mən də cənazəsinə belə qatılacağam. İnsanların nə düşündükləri məni maraqlandırmır. Bu gün kədərli bir gündür və istədiyimi geyinmək haqqım var”.- deyə əlavə edib.
Bizim.Media
