“Hesab edirəm ki, əgər biz və amerikalılar dörd il əvvələ, yəni 2017-ci il yanvarın 20-dən əvvəlki dövrə qayıda bilsək, ölkələrimiz arasındakı problemlərin həlli çox asan olacaq və biz növbəti mərhələlərdə də müxtəlif sahələrdə münasibətlərimizi davam etdirə biləcəyik".
"Bu isə mövcud durumun şəraitini və onun istiqamətini dəyişəcək”.
Bizim.Media İran mətbuatına istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün- 25 noyabrda keçirilən Nazirlər Kabinetinin iclasında çıxış edərkən bildirib.
Ruhani İranla Amerika arasındakı mövcud ziddiyyətin ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden hakimiyyəti dövründə həll olunacağına nikbin yanaşdığını bildirib.
Bizim.Media