İngiltərə şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl dünyaya gələcək körpəsini itirib.
Bizim.Media xəbər verir ki, ikinci hamiləliyini yaşayan Meqan Markl durumu ilə bağlı sarsıntı keçirdiyini ifadə edib.
"Oğlumun paltarını dəyişdirəndə ağrı hiss etdim. Getdikcə ağrı gücləndi. Onu bağrıma basdım, dərk etdim ki, qarnımdakı övladımı itirirəm. Bir neçə saatdan sonra həyat yoldaşımın əlindən tutaraq xəstəxana yatağında uzandığımı gördüm.İkimiz də gözyaşlarına qərq olmuşduq. Soyuq ağ divarlara baxırdıq. Yaxşı olacağımı düşünmürəm. Övlad itirmək çox qəribə bir acıdır. Heç nə onu əvəzləyə bilməz”
Bizim.Media