Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və hazırlanan yeni funksiya mesajlar mübadiləsini əhatə edir.
Bizim.Media xəbər verir ki, söhbət, mesajlara reaksiyalardan gedir.
Facebook-da da olduğu kimi reaksiyalar emojilər vasitəsilə reallaşdırılacaq. Faktiki olaraq istifadəçilər mesajlara başqa tərzdə də reaksiya verə bilirdilər.
Bunun üçün sadəcə olaraq müəyyən mesaja cavab olaraq müvafiq emojini göndərmək lazım idi. Lakin bu yeni funksiya sözügedən prosesi daha da sadələşdirəcək.
Mesajlara emojilər vasitəsilə reaksiya funksiyasının növbəti Whatsapp yenilənmələrindən birində aktiv olacağı gözlənilir. Instagram Direct-də olduğu kimi Whatsapp istifadəçiləri də ayrı-ayrı mesajlara emoji reaksiyaları əlavə edə biləcəklər.
Bizim.Media