"Boeing” şirkətinin istehsal etdiyi MQ-25 “Stingray” PUA-sı havada E-2D “Hawkeye” təyyarəsinə yanacaq doldurub.
Bizim.Media xəbər verir ki, bu MQ-25 komandasının bu yay həyata keçirdiyi ikinci havada yanacaqdoldurma missiyasıdır.
İyunun 4-də MQ-25 ABŞ Hərbi Dəniz Qüvvələrinin “Super Hornet” adlı başqa bir təyyarəsinə yanacaq dolduran ilk pilotsuz təyyarə oldu.
“Boeing” hazırda sifariş edilən yeddi MQ-25 sınaq PUA-sının ilk ikisini və iki yerüstü sınaq məhsulunu istehsal edib.
Bizim.Media
