Belarus vətəndaşı, yumorist İdrak Mirzəlizadə Rusiya Federasiyasında "arzuolunmaz şəxs" elan olunmadan əvvəl Türkiyəyə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Məlumatı artistin yaxın ətrafı bildirib.
Qeyd edək ki, Mirzəlizadə "Rus və nəcis" parodiyasından sonra 10 sutka həbs cəzası alıb. Daha sonra onun Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən ömürlük Rusiyaya girişinə qadağa qoyulub.
Bizim.Media