Pancşir əyalətində fəaliyyət göstərən Əfqanıstan Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud "Foreign Policy” nəşrinə verdiyi müsahibədə bildirib ki, "Taliban”la mübarizəyə son verilməsi yalnız ölkədə mərkəzləşdirilməmiş hökumətin yaradılacağı təqdirdə mümkündür.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya xarici mətbuatda yer alıb.
"Əgər "Taliban” hakimiyyəti hamı ilə bölüşmək, Əfqanıstanda ədaləti bərqərar etmək, hər kəsə bərabərlik və azadlıq bəxş etmək niyyətindədirsə, mən geri çəkilib siyasətdən gedəcəyəm", - deyə o, əlavə edib.
Qeyd edək ki, Pəncşir bölgəsi Əfqanıtanının 34 əyaləti arasında Talibanın ələ keçirə bilmədiyi yeganə yerdir.
Bizim.Media