Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi prezidentin mətbuat katibinə istinadən yayıb.
Qeyd edək ki, müdafiə naziri bir neçə gün əvvəl Cambul bölgəsində silah-sursat anbarında baş verən partlayışdan sonra istefa ərizəsi yazıb.
Bizim.Media