ABŞ donanmasına aid “JohnMcCain” adlı döyüş gəmisinin səhər saatlarında Yaponiya dənizindəki Rusiya ərazisinin sularına daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyi ABŞ hərbi gəmisini bir neçə gündür ki, Rusiya hərbi gəmisi Admiral Vinoqradov tərəfindən təqib edildiyini və sərhəd pozuntusu baş verdiyi zaman Rusiya gəmisinin ABŞ gəmisinə müdaxilə üçün hərəkətə keçdiyini bildirib:
“ABŞ hərbi gəmisi Yaponiya dənizindəki Böyük Petro Körfəzindəki Rusiya ərazi sularını 2 kilometr boyunca pozub''.
''Rusiya ABŞ gəmisinə xəbardarlıq edib, daha sonra isə Rus döyüş gəmisi tərəfindən ərazidən çıxardılıb”.
Aliyə İlyas, Bizim.Media