"Taliban ABŞ vətəndaşlarına və əfqan tərəfdaşlarına 31 avqustdan sonra təhlükəsiz keçid icazəsi verəcək”.
Bizim.Media qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
O bildirib ki, sentyabrın 1-dən etibarən Əfqanıstanda ABŞ səfirliyi olmayacaq:
“ABŞ quruda daimi hərbi varlığı olmadan da Əfqanıstandakı terrorizm təhdidinin qarşısını ala bilər. İŞİD-ə qarşı daha çox əməliyyat keçirilməsi dəyərləndirilir”.
Bizim.Media