“Taliban” hərəkatının silahlıları tanınmış əfqan müğənnisi Favad Andarabini qətlə yetirib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, müğənninin oğlu məlumatı təsdiqləyib.
Onun evindən çıxarılaraq güllələndiyi bildirilir.
Qeyd edək ki, müğənni Favad Andarabi mahnılarında “Taliban”ın əleyhdarlarını dəstəkləyirdi.
Bizim.Media