ABŞ ordusu Əfqanıstanın şərqindəki Nangarhar əyalətinə İŞİD terror qruplaşmasının silahlılarını məhv etmək üçün pilotsuz təyyarə ilə hava zərbəsi endirib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi ABŞ-ın Mərkəzi Komandanlığına istinadən yayıb.
"ABŞ Silahlı Qüvvələri Nangarhar əyalətində İŞİD terrorçularına qarşı pilotsuz təyyarələrlə hava zərbəsi endirdi. İlkin məlumatlara görə, hədəf məhv edilib. Mülki şəxslər arasında itki yoxdur”, - deyə məlumatda bildirilir.
Hava zərbəsi avqustun 26-da Kabil hava limanı yaxınlığında 13 Amerika hərbçisinin ölümünə səbəb olan hücumdan sonra baş verib.
Pentaqon indiki əməliyyatın terror hücumu ilə əlaqəli olub-olmadığını açıqlamayıb.
Bizim.Media