ABŞ senatoru Robert Kennedinin qatili 50 ildən artıq həbs cəzası çəkdikdən sonra şərti azadlığa buraxılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Los Angeles Times” qəzeti yayıb.
Mənbə yazır ki, Robert Kennedi (ABŞ prezidenti Con F. Kennedinin qardaşı) 1968 -ci ilin iyununda Los -Ancelesin kənarında öldürülüb.
24 yaşlı fələstinli Sərxan Sərxan günahkar bilinib, edama məhkum edilib, sonra cəza ömürlük həbs cəzası ilə əvəzlənib.
Bizim.Media