İran prezidenti Həsən Ruhaninin BMT Baş Assambleyasının sessiyasına qatılmaq üçün sentyabrın 23-də Nyu-Yorka gedib.
Moderator.az-ın “Media forum”-a istinadən məlumatına görə, 5 gün davam edəcək Nyu-York
səfərində Ruhanini Turizm, Sənaye və Mədəni Miras Təşkilatının rəisi Məhəmmədəli
Nəcəfi, prezident müşavirləri Hisaməddin Aşina və Məhəmmədrza Sadıq, Prezident
Administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndiyan, parlamentin xarici siyasət
və milli təhlükəsizlik komissiyasının üzvü Məhəmmədəli Dəstqeyb və İran
parlamentinin yəhudi deputatı Siyamək Mərə Sediq müşayiət edir.
Ruhaninin həmin müddətdə BMT Baş Assambleyasının sessiyasında çıxış
edəcəyi, Qoşulmayanlar Təşkilatına üzv ölkələrin toplantısına qatılacağı,
Amerikada yaşayan iranlılarla, eləcə də xarici media nümayəndələri ilə
görüşəcəyi gözlənir.