Əfqanıstanda “Taliban” qruplaşması Həmid Karzay Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi “Taliban”ın nümayəndəsi Zəbiullah Mücahidə istinadən yayıb.
“Biz aeroporta gedən yolu bağlamışıq və oraya yalnız xarici ölkələrin vətəndaşlarını buraxırıq”. O, Kabildə keçirilən mətbuat konfransında belə deyib.
Z.Mücahidin sözlərinə görə, avqustun 31-dən sonra təxliyə işləri qadağan ediləcək.
Bizim.Media