Böyük Britaniyanın Baş naziri Boris Conson G7 liderlərinin onlayn iclasını çağırıb.
Bizim.Media xəbər verir ki, iclasın keçirilməsində əsas məqsəd Əfqanıstandakı böhranı müzakirə etməkdir.
Görüş zamanı Baş nazirin dünya liderlərini Əfqanıstan qaçqınlarına humanitar yardımı gücləndirməyə və bu ölkə üçün uzunmüddətli strategiya hazırlamağa çağırması gözlənilir.
Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Almaniya, Yaponiya və Kanadanın iştirak edəcəyi görüşə NATO-nun və BMT-nin baş katibləri də dəvət olunublar.
Bizim.Media