ABŞ dünya ölkələrinə təxminən 110 milyon doza COVID-19 infeksiyası əleyhinə peyvənd göndərib.
Bizim.Media xəbər verir ki, informasiyanı TASS agentliyi yayıb.
Mənbə yazır ki, bu barədə Sinqapurda səfərdə olan ABŞ-ın vitse-prezidenti Kamala Harris jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
ABŞ rəsmisi vurğulayıb ki, vaksinin 23 milyonu Cənub-şərqi Asiya ölkələrinin payına düşüb.
“Söhbət pulsuz peyvəndlərdən gedir”, - deyə ABŞ-ın vitse-prezidenti qeyd edib.
Bizim.Media