İsveçin "Volvo Cars" avtomobil şirkəti Göteborq və Belçikanın Gent şəhərlərindəki zavodların işini dayandıracaq.
Bizim.Media xəbər verir ki, qərar maşınların yığılması üçün vacib olan komponentlərin çatışmazlığı ilə əlaqədar verilib.
Qeyd olunub ki, bununla bağlı adıçəkilən müəssisələrdə avqustun 30-dan sentyabrın 3-dək istehsal prosesinə fasilə veriləcək.
Fasilə dövründə zavodların işçiləri istirahət götürə və ya avadanlıqlara qulluq göstər bilərlər.
Bizim.Media