Taliban Əfqanıstanın Mərkəzi Bankına (“Da Əfqanıstan Bank”) yeni icraçı direktor təyin edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Əfqanıstanın “Pajhwok” xəbər agentliyi yayıb.
Mənbə yazır ki, bankın keçmiş rəhbəri Əcmal Əhmədi təhlükəsizlik səbəbiylə ölkəni tərk edib.
Agentliyə görə, bankı Məhəmməd İdris idarə edəcək. Daha əvvəl o, “Taliban”ın iqtisadi komissiyasına sədrlik edib.
Bizim.Media