Kabildəki Həmid Karzay Beynəlxalq Hava Limanında bütün uçuşlar dayandırılıb.
Bizim.Media xəbər verir ki, informasiyanı "RİA Novosti" agentliyi yayıb.
Bu haqda qərar Əfqanıstanın mülki aviasiya qurumunun rəhbərliyi tərəfindən verilib.
Qərara əsasən, növbəti göstərişə qədər aeroportdan həyata keçiriləcək bütün reyslər dayandırılıb. Qərarın səbəbləri açıqlanmayıb.
Bizim.Media