Kabil aeroportunda Əfqanıstan təhlükəsizlik qüvvələri ilə naməlum şəxslər arasında atışma olub.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
Mənbə yazır ki, insident zamanı Əfqanıstan təhlükəsizlik qüvvələrinin bir zabiti öldürülüb, daha 3 nəfər yaralanıb.
Bu barədə Almaniya Silahlı Qüvvələri (Bundesver) özünün Twitter səhifəsində məlumat verib.
Atışmada Almaniya və Amerika hərbçiləri də iştirak edib. Onlardan heç kəs xəsarət almayıb.
Bizim.Media