ABŞ-ın “General Motors” avtomobil şirkəti 73 min avtomobili geri çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər yayıb.
Bunlar 2020 - 2022 model elektrikli avtomobillər “Chevrolet Bolt EV”, “EUV” və 2019-cu ildə istehsalı olan “Bolt EV” modelləridir.
Buna səbəb isə avtomobillərin batareyalarında yanğına səbəb ola biləcək iki qüsur aşkarlanmasıdır. Bundan başqa avtomobillərin satışı da qeyri -müəyyən müddətə dayandırılıb.
Şirkət dəymiş zərərin miqdarını 1 milyard ABŞ dolları civarında qiymətləndirib. Bu səbəbdən də“GM” dəyən ziyanı batareya təchizatçısı “LG”dən geri tələb edəcək.
Bizim.Media