Rusiyanın Stavropol vilayətində 16 yaşlı xizəkçi məşq zamanı yıxılaraq həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin “Championat” saytının yaydığı məlumatda bildirilir. Belə ki, məşq zamanı yüksək sürət yığan idmançı ehtiyatsızlıqdan yıxılaraq başından ağır zərbə alıb.
Başında dəbilqə olmasına baxmayaraq, o, aldığı ağır xəsarətlərdən həyatını itirib.
Qeyd edək ki, gənc idmançı Rusiyada keçirilən yarışlarda dəfələrlə yüksək nəticələr göstərib.
Bizim.Media
