Koronavirus epidemiyasının 4-cü dalğasının tezliklə başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyada yoluxucu xəstəliklər sahəsində araşdırmalar aparan Robert Kox İnstitutu hesabat yayıb.
Aprelin sonundan iyunun sonuna qədər müşahidə olunan həftəlik hadisələrin azalma gedişatının iyulun əvvəlindən artdığı bildirilib.
Bundan başqa yeni yoluxma hallarının keçən ilə nisbətən erkən və daha sürətlə artması qeyd edilib.
Yoluxanlar arasında gənc yaşda olan insanlar üstünlük təşkil edirlər. Digər yaş qruplarında da yoluxmanın artdığı müşahidə olunur. Bu isə 4-cü dalğanın başlayacağı anlamına gəlir.
Bizim.Media