“ABŞ avqustun 14-dən bəri Əfqanıstandan 17 min nəfəri təxliyə edib”.
Bizim.Media xəbər verir ki, bunu Pentaqonda keçirilən müntəzəm brifinqdə ABŞ -ın Əfqanıstanın paytaxtından insanları təxliyyəsinə cavabdeh şəxs, general Hank Taylor açıqlayıb.
“14 avqustdan təxminən 17 min adamı təxliyə etmişik”, - general deyib.
Pentaqondan verilən məlumata görə, Əfqanıstan ordusu ABŞ tərəfinə hava zərbələrinin endirilməsi ilə bağlı müraciət etməyib.
Bizim.Media