Avstraliyada porno saytlara girişlə bağlı yenilik tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, yetkinlik yaşına çatanlar üçün müvafiq kontentin olduğu saytlara daxil olmaq yalnız rəqəmsal pasport vasitəsilə mümkün olacaq.
Yeniliyin məqsədi azyaşlıları onlara mənfi təsir edə biləcək materiallardan qorumaqdır.
Avstraliya onlayn statistika bürosunun məlumatına əsasən, son illərdə ölkədə porno saytların izlənmə səviyyəsi iki dəfədən çox artaraq rekord həddə çatıb. İzləyicilərin əksəriyyətinin kişi olduğu bildirilib.
Bizim.Media