Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu Türkiyəyə səfər edib.
Bizim.Media Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Motegi Toshimitsu İstanbulda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb.
Avqustun 21-dək Türkiyədə səfərdə olacaq yaponiyalı nazirin keçirəcəyi görüşlərdə Yaponiya-Türkiyə ikitərəfli münasibətləri, eyni zamanda, aktual regional və beynəlxalq problemlər müzakirə ediləcək.
Səfər çərçivəsində Yaponiyanın xarici işlər nazirini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.
Bizim.Media