Türkiyənin Hakkari şəhərində 8 terrorçu məhv edilib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Eren-14” əməliyyatı çərçivəsində Hakkarinin Cilo bölgəsində PUA-ların da havadan köməyilə bölücü terror təşkilatına mənsub 8 şəxs zərərsizləşdirilib.
Regionda əməliyyatların davam etdirildiyi vurğulanıb.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu isə tvitter səhifəsində paylaşım edərək xeyli müddətdir təqib olunan 8 nəfərdən ibarət terrorçu qrupun Hakkaridə məhv edildiyini deyib.
Bizim.Media