Əfqanıstan hökumət qüvvələrinin bir müddət əvvəl geri aldıqları Şiberqan və Fərəh şəhərlərinin hava limanı “Taliban” tərəfindən ələ keçirilib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu radikal “Taliban” nümayəndəsi Zabiullah Mücahid tvitter hesabında yazıb.
Onun sözlərinə görə, qarşı tərəf ağır itki verib. Təşkilatdan verilən məlumata görə, onlarla əfqanıstanlı əsgər hava limanları ələ keçirdikdən sonra postlarını tərk edərək hərəkata qoşulub.
Bizim.Media