ABŞ-da 26 yaşlı Angelika Dhondup toydan bir neçə saat sonra ölüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “People” nəşri yayıb.
Mənbə yazır ki, toy mərasimi 6 avqust cümə günü Utahda baş tutub.
Şənlikdən sonra gəlin 20 yaşlı qardaşı ilə toy hədiyyələrini evə qoymaq üçün yollanıblar. Məqsədləri sonradan geri qayıdaraq məclisdə iştirak etmək olub.
Ancaq magistral yolda bir yük maşını qəfildən onların qarşısına çıxıb. Toqquşma nəticəsində Dhondup yerindəcə ölüb.
Polis sükan arxasında sərxoş olduğu bildirilən pikap sürücüsünü saxlayıb. Dhondupun iki oğlu qalıb.
Bizim.Media