Əfqanıstanın şərqindəki Paktia əyalətində partlayış baş verib.
Bizim.Media “Ariana News” a istinadən xəbər verir ki, içərisində ailə üzvlərinin olduğu avtomobil Seyid Kərəm rayonunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində partlayıb.
Eyni ailədə 6-sı uşaq olmaqla 12 nəfər həlak olub. Daha iki uşaq yaralanıb.
Bizim.Media