ABŞ-ın Missuri ştatında fəaliyyət göstərən taksi şirkətlərindən biri maskalı və peyvənd olunmuş şəxsləri mənzil başına çatdırmaqdan imtina edib.
Bizim.Media “ria novosti”yə istinadən xəbər verir ki, şirkətin sahibi peyvəndləməyə və maska istifadəsinə qarşı olduğu üçün bu addımı atdığını bildirib.
Məsələ ilə bağlı açıqlama verən şirkət rəsmisi də səsləndirilən iddiaları təsdiq edib və Missuri ştatının ölkədə ən aşağı peyvəndləmə faizinə sahib olması ilə qürur duyduğunu da sözlərinə əlavə edib.
Bizim.Media