Antalyada 5 gündür axtarılan gənc oğlanın meyiti tapılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı Samet Işıtanın cəsədi uçurumdan tapılıb.
Məlum olub ki, Samet Işıtan düşərgədə qalırmış. Düşərgədən yürüşə çıxandan sonra onunla bağlı məlumat olmayıb.
Yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildiriblər.
Polislərin Çıralı yolu üzərində yerləşən dağda apardığı araşdırmalar zamanı onun meyiti tapılıb və Kəmər Dövlət xəstəxanasına aparılıb.
Bizim.Media