Türkiyənin İzmir və Manisa vilayətləri arasında hərəkət edən yük qatarı relsdən çıxıb.
Bizim.Media xəbər verir ki, dörd vaqonlu qatarın relsdən çıxması ilə əlaqədar bu istiqamətdə bütün qatarların hərəkəti müvəqqəti dayandırılıb.
Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində işlər davam edir.
Bizim.Media