9 yaşlı autizm xəstəsi olan uşaq 7 aylıq qardaşını pəncərədən atıb.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Samsun şəhərində baş verib.
Verilən məlumata görə, 9 yaşlı autizm xəstəli uşaq 7 aylıq qardaşını qucağına alaraq evin pəncərəsindən atıb.
Təxminən 2 metr yüksəklikdən yerə düşən körpə xəsarət alıb. Körpə şəhər xəstəxanasına çatdırılıb və müalicə olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bizim.Media