İranın yeni prezidenti Rəisini Paşinyanla nə bağlayır?

Son dönəmlərdə İran və Ermənistan arasıdakı münasibətlərin daha da inkişaf etdiyi diqqətdən yayınmır. Belə ki, əvvəlki erməni liderlər də Tehranla pis keçinmirdi. Lakin Ermənistanın hazırki Baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə ölkələr arasındakı əlaqələrin yüksək templə böyüydüyü nəzərə çarpır.

Tərsinə dünya

İslam ölkəsi üçün müqəddəs olan dini abidələrə qarşı vandalizm əməllərinə ara verməyən ölkə ilə rəsmi Tehranın “qardaş” olmasını bir daha xatırlatmaq əbəsdir. Lakin xarici siyasət olaraq iki ölkənin maraqlarında kəskin fərqlər mövcuddur. Belə ki, Paşinyan üzünü həmişə onu hakimiyyətə gətirən, eyni zamanda İranın arxasını döndüyü Qərbə tərəf çevrilir. Bu isə sözügedən qardaşlığın əsas anlaşılmayan tərəfidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyana verilən SON TAPŞIRIQ: “Rus əsgəri yaralanmalı və ya öldürülməlidir...”


Bundan əlavə, Qərbin adamının Ermənistanda kreslosunu bərkitməsi də İran üçün əsas düşmənini ölkəsinin baş ucunda yerləşdirmək deməkdir. 

Lakin iki dövlət arasında əlaqələr Paşinyan və Rəisinin hakimiyyətə gəlməsindən sonra daha da genişlənir. Bir məqamı da diqqətdən qaçırmayaq ki, İbrahim Rəisi, bəlkə də, İranın İslam İnqilabından sonrakı ən qatı mühafizəkar lideridir və hakimiyyətə gəlməmişdən Qərblə danışıqlara xitam verəcəyini açıq şəkildə nümayiş etdirib.

Belə olan halda isə bu sual meydana çıxır:

Qərbin adamı ilə, əsas düşmənlərindən birini nə bağlayır?

1. Görüldüyü kimi, Paşinyanın hakimiyyətinin əsas qayəsi Rusiyadan uzaqlaşmaqdır. Lakin sözügedən istiqamətdə addımların atılması Ermənistanın bölgədə yalnız qalması deməkdir. Buna görə də, Suya düşmüş Ermənistanın İrana sarılmaqdan başqa seçim alternativi yoxdur.

2. Ölkələr arasında bağlılığı artıran digər önəmli məqam isə etnik maraqlardır. Belə ki, hər iki dövlətin titul xalqları olan farslar və ermənilərin türk etnoslarına qarşı isti münasibəti tarix boyu müzakirə mövzusu belə olmayıb. Bu səbəbdən də, “düşmənimin düşməni mənim dostumdur” məntiqi ilə çıxış etmək, görünür hər iki ölkə hakimiyyəti üçün münasibətlərin qurulmasında əsas strategiyadır. 

3. İranının iqtisadi maraqları üçün Ermənistan mühüm əhəmiyyətə malikdir. İlk iki səbəb daha çox İrəvanın mənafeyinə uyğun idisə, bu dəfə rəsmi Tehranın maddi maraqları tərəzinin daha ağır gözündə yerləşib. Belə ki, Qərbin sanksiyalarla əl-qolunu bağladığı İran üçün Ermənistandan keçərək Qara dənizə çıxan dəhlizin açılması ölkənin düşdüyü böhrandan çıxması üçün nicat yolu kimi görülür.

İran tərəfinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olmamasının və öz nümayəndələrini tez-tez Ermənistan-Azərbaycan sərhədinə yollamasının da əsas səbəbi məhz budur.

Rəsmi Tehranın bu cür addımları isə, tez-tez dilə gətirdikləri regionda sülh, danışıqlar, diplomatiya kimi fikirlərin yalnız sözdə olduğunun isbatıdır. Görünür Molla rejimi öz totalitar hakimiyyətini qorumaq üçün idarəetmələrinin əsasını təşkil edən dini ideyaları tapdalamaqdan, hətta düşməni olaraq təqdim etdiyi Qərbin adamını da fəxri qonaq kimi ölkəsinə dəvət etməkdən çəkinmir. 

Lakin Molla rejiminin məğlub ata pul qoyaraq sonda oyundan qazanclı çıxmaq ehtimalı, o qədər də, yüksək deyil. Belə olan halda isə, onsuzda təklənmiş İran, getdikcə daha artıq yalnızlaşacaq və sonda dünya cənub qonşumuzun 1979-cu ildəki vəziyyətinə  yenidən şahidlik edəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İspaniya ordusu miqrant axınına qarşı HƏRƏKƏTƏ KEÇDİ

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

İbrahim Həsənov qızıl medal uğrunda güləşəcək

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

“Ronaldo 1000 qol vurmadan dayanmayacaq”

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Manaf Ağayev pul yağışına tutuldu – özü paylaşdı, sonra sildi - VİDEO

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Qarabağ Universitetinin 350 bal qərarı qəbul prosesinə təsir edəcək

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

Azərbaycan bu gündən iki ölkə üçün vizaları LƏĞV ETDİ

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

İran hədələdi: “Bütün regionu daş dövrünə qaytaracağıq”

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Elşad Xosenin ölüm xəbəri YAYILDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri İŞDƏN ÇIXARDI

End of content

No more pages to load

RADİO