Fransalı astronavt Tomas Peske Türkiyədəki meşə yanğınlarının peyk görüntülərini paylaşıb.
Bizim.Media xəbər verir ki, astronavt fəzadan çəkilən fotoları öz “Twitter” hesabından izləyiciləri ilə bölüşüb.
Peske görüntülərlə bağlı yazdığı şərhdə “Təəssüf doğuran mənzərə. Dünyadan xeyli uzaqda bu cür vəziyyəti görmək insanı vahimələndirir. Yanğınların çoxluğunun və yayılma arealının qlobal istiləşmə ilə bağlı olduğunu, eyni zamanda insanların onlara nəzarət etmədiyini bilirik”,- deyə qeyd edib.
Bundan əlavə, fransız astronavt Karib dənizidəki fırtına və Türkiyədəki yanğınların əks olunduğu iki fotonu müqayisə edərək baş verən yanğınları isti hava ilə əlaqələndirib.
Bizim.Media


