Banqladeşdə toy mərasiminin 17 iştirakçısını ildırım vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında Şibqanc dairəsində, mərasimin qonaqları Padma çayında qayıqda üzən zaman baş verib.
Polis bildirib ki, hadisə zamanı azı 7 nəfər xəsarət alıb. Onlar yerli xəstəxanalara çatdırılıblar. Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyini istisna etmir.
Bizim.Media