Qızıl dalınca Qırğızıstana gələn və gətirilən prezidentlər – NƏ BAŞ VERIR? 

Qırğızıstanın ilk prezidenti Əsgər Akayevin ardınca ölkənin ikinci prezidenti Kurmanbek Bakiyevin də Bişkekə qayıtması gözlənilir.

Bütün bu proseslər isə Prezident Sədir Japarovun sosial şəbəkələrdə yazdığı bir yazıdan sonra başladı:

“Vaxtımı zülmə yox, bütün qırğız xalqının inkişafı və birləşməsinə sərf etməliyəm!" ... 

Bu açıqlamadan sonra Bişkekə qayıtması üçün ilk prezident Əsgər Akayevlə əlaqə qurulub. İndi qayıtmaq növbəsi prezident Kurmanbek Bakiyevindir. Xatırladaq ki, 24 Mart 2005-ci il dövlət çevrilişindən sonra dövlətin başına keçən Qurmanbek Bakiyev 5 il hakimiyyətdə qaldı və 2010 -cu ilin aprelində devrildi.
 

MÖVZU İLƏ BAĞLI:

Qırğızıstanın keçmiş prezidentləri Akayev və Bakiyev axtarışa verildi 


Qırğızıstanın ikinci prezidentinin gəlişi, birincisi kimi, Kumtor qızıl yatağı ilə bağlıdır. Qırğızıstanlı ekspert Asilbek Egemberdiyevin verdiyi məlumata görə, Qırğızıstan hakimiyyəti bütün prezidentləri açıq söhbətə toplasa, mədən ətrafındakı qalmaqal həll oluna bilər.

Hazırkı lider Sədir Japarovun keçmiş prezidentləri təqib etməyəcəyinə zəmanət verməsinin də əsas səbəbi məhz budur. 

Xatırladaq ki, Əsgər Akayev bütün bu müddət ərzində Moskvada, Qurmanbek Bakiyev isə Belarusda idi. Onların Qırğızıstana təhlükəsiz şəkildə gəlişi isə səlahiyyətlilərlə razılaşmaların əsas şərtidir. 

Əsgər Akayevin Qırğızıstana səfəri cəmiyyət tərəfindən müsbət qarşılandı. Ancaq keçmiş liderin gəlişindən narazı olanlar da heç də az deyil. Həmin qüvvələr hazıki hökumətin Akayevin prezidentliyi dövründə müəyyən iqtisadi "çatışmazlıqlara" görə lazmi tədbirlər görməsinə ümid edirlər. Bakiyevə münasibət isə Akayevə olandan daha radikaldır.

Belə ki, Bakiyev təkcə korrupsiya qalmaqalları ilə deyil, eyni zamanda etirazlara sərt müdaxilə səbəbindən xeyli sayda insanın ölümünə səbəb olmaqda günahlandırılır. Qeyd olunan inqilabi qarşıdurmalar zamanı 84 nəfər ölüb, 1500 -dən çox insan yaralanıb.
 

Lakin bu gün ekspertlər deyirlər ki, Əsgər Akayevin hakimiyyətdən uzaqlaşdırılması heç də ölkənin inkişafına təkan vermədi. Belə ki, sonrakı prezidentlərin dövründə rüşvətxorluq və korrupsiya Akayevdən sonra daha da artığı bildirilir.


Başı bəlalı qızıl yatağı – “Kumtor”

Qırğızıstanda vəziyyətin qeyri-sabit olmasına baxmayaraq, dəfələrlə beynəlxalq məhkəmələr tərəfindən həll edilən Kumtor qızıl yatağı ətrafında münaqişə sabit olaraq qaldı. Artıq qeyd edildiyi kimi, rəsmi Bişkeki ölkənin keçmiş liderlərini ölkəyə dəvət etməsinə səbəb olan Kumtor problemini birdəfəlik aydınlaşdırmaq istəyi idi.

Mövcud məlumatlara görə, 2009 -cu ildə məhz prezident Bakiyevin dövründə baş verənlər problemin daha da qabarmasına səbəb olub. Belə ki, həmin dövrdə səlahiyyətlilər Kumtor yatağında dövlətin payının 33%-ə qədər artırıldığını elan etdilər. Ancaq bunun baş vermə şərtləri sonradan məlum oldu.

Gizli danışıqlar nəticəsində "Kumtor"un sahəsi demək olar ki, 16,5 min hektara çatdırıldı və gələcəkdə bütün mübahisələrin beynəlxalq arbitraj məhkəməsində baxılması qərara alındı.

İşin təfərrüatları ilə tanış olan ekspertlər, Bakiyevin şəxsi məqsədlərini güddüyünə inanırlar. Xüsusilə, 2006-2007-ci illərdə “Kumtor Gold” şirkəti maliyyə ilini zərərlə qapadı, lakin sonradan qızıl qiymətləri durmadan artmağa başladı.

Ancaq vəziyyətin bu cür olması nəzərə alınmadı, çünki artıq Qırğızıstanın dövlət maraqlarına cavab verməyən bir müqavilə hazırlanırdı. Buna baxmayaraq, Akayev hökumətinin irəli sürdüyü qanun layihəsi parlamentdə təsbit edildi, bundan sonra Konstitusiya Məhkəməsinin hökmü ilə hər şey qanuni şəkildə öz təsdiqini tapdı. 

O dövrdə hər şey sanki Qırğızıstanın deyil, mədənləri işlədən Kanada şirkətlərinin maraqlarını qorumaq üçün edilmişdi. Rəsmi Bişkekin maraqları isə, Akayevin şəxsi gəlirlərinə qurban verilmişdi.

Məsələ ilə bağlı açıqlama verən Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Kamçibek Tashiyevin sözlərinə görə, istintaq qrupu qanunsuzluq hallarının baş verməsində keçmiş prezidentlərin əlinin olması ilə bağlı bəzi sübutlar əldə etdi.
 

Buna rəğmən, Qırğızıstanın baş təhlükəsizlik zabiti, istintaqla əməkdaşlıq etməyə razılıq verdikləri təqdirdə, "birincilərə" qarşı işlərin "iddia müddətinin bitməsi səbəbindən" dayandırıla biləcəyini açıq şəkildə bildirdi.


Kumtor ətrafındakı vəziyyət isə, həqiqətən də, acınacaqlıdır. Belə ki, mədən haqqında milyarlarla dollarlıq torpaq manipulyasiyalarından tutmuş, “Kumtor Gold”un hesablarından pulların çıxarılmasına qədər bir sıra qanunsuz hallar mövcuddur.

Asilbek Egemberdiyev isə mövzu ilə bağlı fikirlərinə bu cür yekun vurub:

"Bütün dəlillər hökumətə təqdim edildi, bundan sonra Kanadalı şirkətlə bütün müqavilələrdən Qırğızıstan dövlətinin geri çəkilməsi ilə bağlı qərar çıxdı.

Eyni zamanda Əsgər Akayev və Qurbanbek Bakiyevin təhlükəsizliyi üçün də heç bir təhdid yoxdur. Belə ki, hazırki hökumətin keçmiş prezidentlərin dəstəyinə ehtiyacı var və çox güman ki, eks-liderlər də sözügedən məsələdə Japarovla birgə işləyəcəklər”. (haqqın.az)

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qara Tofiq VƏFAT ETDİ

Qara Tofiq VƏFAT ETDİ

Daha bir tiktoker həbs edildi

Daha bir tiktoker həbs edildi

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Prezidentin sosial hesablarında Xalq şairi ilə bağlı PAYLAŞIM - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

Şəhid Aslan Əliyevin xatirəsi anıldı - FOTO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

ABŞ İrana 900 kq-lıq bomba atdı – Bir ailə məhv oldu - VİDEO

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

İsrail HƏMAS-ın silah anbarlarına zərbələr endirdi

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Qardaş ölkələrin başçıları İlham Əliyevi bu sözlərlə salamladı - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Babək Niftəliyevdən oğluna ad günü hədiyyəsi - VİDEO

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

Bu BÜRCLƏR üçün ağ günlər başlayacaq

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Masallıda zibil poliqonunda başlayan yanğın ətraf ərazilərə YAYILDI - FOTO

Lerikdə ZƏLZƏLƏ OLDU

Lerikdə ZƏLZƏLƏ OLDU

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Prezident: “Biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir” - VİDEO

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Göyçayda kanalın yarılmasından sonra SON VƏZİYYƏT

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Bayram Məmmədovun ailəsindəki dəhşətli qətlin təfərrüatı - FOTOLAR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Manatın məzənnəsi ilə bağlı XƏBƏR

Oğlunun fotosunu paylaşdı - FOTO

Oğlunun fotosunu paylaşdı - FOTO

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Kolleclərdə bu ixtisası seçənlər imtahansız universitetə qəbul ola bilməyəcəklər

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

Pezeşkian: "İranın gələcəyini xalq müəyyən edəcək”

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

UEFA İnfantinonu devirmək üçün GİZLİ PLANI işə salır

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

Tramp Qrenlandiyanın ABŞ nəzarətinə keçəcəyi TARİXİ AÇIQLADI

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

ABŞ pulu ödəsə də, İsrail HHM komplekslərini Ukraynaya vermədi

End of content

No more pages to load

RADİO