Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 274 yaraqlısını məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib.
Mənbə bildirir ki, son 24 saat ərzində Fərah, Nəngərhar, Lövgər, Herat, Qəndahar, Fəryab, Bəlx, Cövzcan, Səməngan, Sar-e Pol Hilmənd, Təxar, Künduz, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 274 "Taliban" yaraqlısı öldürülüb, 119 yaraqlı yaralanıb.
Bizim.Media