"Dexter" və "Mentalist" seriallarının ulduzu Cey Piket çəkiliş meydançasında vəfat edib.
Bizim.Media xəbər verir ki, 60 yaşlı aktyor “Qərbi Xəzinə Vadisi” filminin çəkilişlərində anidən həyatla vidalaşıb. Bu barədə məlumatı USA Today yayıb.
Filmin prodüseri Cim Heffelə görə, Piket filmdə yeni səhnəyə hazırlaşarkən vəziyyəti anidən pisləşib.
Aktyorun ölümünün dəqiq səbəbi məlum deyil. Çəkiliş qrupunun digər üzvü Travis Mills isə aktyorun böyük ehtimalla ürək tutmasından vəfat etdiyini deyib.
Qeyd edək ki, Cey Piket, ABŞ-ın məşhur aktyorudur. O, ən çox "NCIS: Los Angeles", "The Mentalist" və "Dexter" televiziya serialları ilə məşhurlaşıb.
Bizim.Media