Amerikanın yeni strateji bombardmançı təyyarəsi haqqında “National İnterest” jurnalında yazı dərc olunub.
Bizim.Media xəbər verir ki, yazının müəllifi Kris Osbornun fikrincə, B-21 Rusiyanın zenit sistemlərinə böyük problem yaşada bilər.
Belə ki, bu təyyarələr Rusiyanın ən effektiv sistemləri üçün də çətinlikdir. Çünki bu bombardmançılar radara düşmür.
Yeni təyyarələrin 2025-ci ildə istifadəyə hazır olacağı deyilir, son buraxılışlar isə hipersəsli raketlərlə təmin olunacaq.
Bizim.Media